...

Azərbaycanda səfərdə olan Polşa Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 25 İyul 2011 12:21 (UTC +04:00)
İyulun 25-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda səfərdə olan Polşa Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 11:55-də yayılıb)

İyulun 25-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi. Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Bronislav Komorovskiyə, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti