...

İlham Əliyev: Azərbaycanla ABŞ arasında münasibətlər hərtərəfli və dinamik inkişaf yolundadır

Siyasət Materials 3 Avqust 2011 23:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı 50 illiyi münasibətilə təbrik edib.
İlham Əliyev: Azərbaycanla ABŞ arasında münasibətlər hərtərəfli və dinamik inkişaf yolundadır

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanı 50 illiyi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı çərşənbə günü məlumat yayıb.

"Əlamətdar yubileyiniz - anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.
Biz Birləşmiş Ştatların həmçinin regionumuza diqqətini yüksək qiymətləndiririk. Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab Prezident, ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcəkdir.
Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm " təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti