...

Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi beynəlxalq enerji konfransında təmsil olunacaq

Siyasət Materials 22 Avqust 2011 11:30 (UTC +04:00)
Avqustun 25-də Finlandiyanın Turku şəhərində Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə "Avropa regionunun enerji təhlükəsizliyi" mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək.
Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi beynəlxalq enerji konfransında təmsil olunacaq

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Avqustun 25-də Finlandiyanın Turku şəhərində Turku İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə "Avropa regionunun enerji təhlükəsizliyi" mövzusunda illik beynəlxalq enerji konfransı keçiriləcək.

Tədbirdə Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin enerji məsələləri üzrə eksperti Gülmirə Rzayeva təmsil edəcək. Bu barədə bazar ertəsi Trend-ə SAM-dən məlumat verilib.

Konfransın keçirilməsində məqsəd Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Moldova, Belarus və digər MDB ölkələrindən olan enerji məsələləri üzrə ekspertləri bir araya gətirərək onlarla fikir mübadiləsi aparmaq və Finlandiyanın ekspert və akademik dairələrini MDB ölkələrinin enerji siyasəti barədə məlumatlandırmaqdır.

Xəbər lenti

Xəbər lenti