Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüş keçirib. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Cümə günü keçirilən görüş zamanı Ukrayna Prezidentinin Azərbaycana sonuncu səfəri zamanı tərəflər arasında əldə olunmuş razılıqların həyata keçirilməsi, iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.