...

Əli Həsənov: Azərbaycan və Gürcüstan münasibətlərini pozmağa çalışan kənar qüvvələr var

Siyasət Materials 29 Avqust 2011 13:56 (UTC +04:00)
Son zamanlar Gürcüstan azərbaycanlılarının problemlərini qabardaraq Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan kənar qüvvələr meydana çıxıb
Əli Həsənov: Azərbaycan və Gürcüstan münasibətlərini pozmağa çalışan kənar qüvvələr var

Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/

Son zamanlar Gürcüstan azərbaycanlılarının problemlərini qabardaraq Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan kənar qüvvələr meydana çıxıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində" mövzusundakı konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"İnsan hüquqları, vətəndaş hüquqları adı ilə mövcud problemlərdən spekulyativ şəkildə istifadə edən qüvvələr var. Çalışmalıyıq ki, Azərbaycanla Gürcüstanın arasına ikinci qüvvə girməsin", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin yürütdüyü siyasət bir tərəfdən dünya standartlarına uyğundur, digər tərəfdən bu siyasətdə yerli şərtlər - etnik, milli və dini azlıqların maraqları nəzərə alınır.

Konfrans avqustun 28-dən öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterine Txeşeloşvili və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti