...

Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının iclası oktyabr-noyabr aylarında keçiriləcək - səfir

Siyasət Materials 30 Avqust 2011 12:34 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır.
Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının iclası oktyabr-noyabr aylarında keçiriləcək - səfir

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

"Şuranın iclası ya oktyabr, ya da noyabr ayında keçiriləcək", - Kılıç deyib.

"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.

Səfirin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə dərinləşir. "Azərbaycan Ordusu bölgənin ən güclü ordusuba çevrilir", - o deyib.

Hulusi Kılıç onu da qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman sülh tərəfdarıdırlar.

Xəbər lenti

Xəbər lenti