...

İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 1 Sentyabr 2011 16:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul edib
İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiçi qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Serbiya Respublikasına səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli mərhələ olduğunu dedi. Qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Xarici işlər naziri Vuk Yeremiç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərini tarixi səfər adlandıraraq bunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında yeni səhifə açdığını qeyd etdi. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan nazir Serbiya Prezidentinin tapşırığı ilə ölkəmizə səfər etdiyini, əlaqələrimizin digər sahələrdə də inkişaf etdirilməsi ilə bağlı Azərbaycanın müvafiq strukturları ilə müzakirələr aparacağını dedi.

Dövlətimizin başçısı Prezident Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti