...

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdinə başsağlığı verib

Siyasət Materials 1 Sentyabr 2011 19:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda başsağlığı verib.
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdinə başsağlığı verib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda başsağlığı verib.

"Həyat yoldaşınız Şahzadə Munira bint Əbdüləziz bin Musaidin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti