...

Vaşinqtonda Cənubi Qafqazın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Siyasət Materials 3 Sentyabr 2011 11:57 (UTC +04:00)
Vaşinqtonda CSIS Strateji beynəlxalq tədqiqatlar mərkəzində 15 sentyabrda "Cəbubi Qafqazın müstəqilliyinin 20 illiyi, uğurlar və vəzifələr" adlı konfrans keçiriləcək.
Vaşinqtonda Cənubi Qafqazın müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Vaşinqtonda CSIS Strateji beynəlxalq tədqiqatlar mərkəzində 15 sentyabrda "Cəbubi Qafqazın müstəqilliyinin 20 illiyi, uğurlar və vəzifələr" adlı konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Konfransda ABŞ xarici işlər nazirinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, Trend-in Ekspert Şurasının üzvü, "Miras" fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koen, Trend-in Ekspert Şurasının üzvü, Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun müdiri Svante Kornel, CSIS ekspertləri Yanuş Buqayski, Endi Kaçins, beynəlxalq əlaqələr üzrə Azərbaycan Şurasını təmsil edən Heydər Mirzə və başqa ekspertlər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti