...

Azərbaycanın səfiri etimadnaməsini Kolumbiya Prezidentinə təqdim edib

Siyasət Materials 5 Sentyabr 2011 11:25 (UTC +04:00)
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, eyni zamanda Kolumbiyaya səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini Kolumbiya Prezidenti Xuan Manuel Santosa (Juan Manuel Santos) təqdim edib.
Azərbaycanın səfiri etimadnaməsini Kolumbiya Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, eyni zamanda Kolumbiyaya səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini Kolumbiya Prezidenti Xuan Manuel Santosa (Juan Manuel Santos) təqdim edib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən məlumat verilib.

Görüş zamanı Səfir Muxtarov Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə, iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, mövcud siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. Səfir Muxtarov Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi barədə Kolumbiya Prezidenti Santosa məlumat verib.

Səfir Muxtarov etimadnaməsinin surətini Kolumbiyanın xarici işlər nazirinə də təqdim edib.

Səfər çərçivəsində Muxtarov, həmçinin Senat üzvləri, Kolumbiya Xarici İşlər, Mədənçıxarma və Enerji, Nəqliyyat, Kommersiya nazirlikləri və Diplomatik Akademiyanın rəhbərləri və rəsmiləri ilə işgüzar görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı yaxın gələcəkdə iki ölkə rəsmilərinin yüksək səviyyəli səfərləri, Azərbaycan və Kolumbiya arasında geniş spektrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən mövcud uğurlu siyasi əməkdaşlığın davam etdirilməsi, iqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşları, mədəniyət və təhsil sahələrində əməkdaşlıq, habelə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Səfər zamanı Muxtarov Kolumbiyanın bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verib.

Xəbər lenti

Xəbər lenti