...

Azərbaycanın müxalifət partiyasının rəhbərliyi İsveç rəsmiləri ilə görüşlər keçirəcək

Siyasət Materials 5 Sentyabr 2011 14:28 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi İsveç rəsmiləri ilə görüşlər keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müxalifət partiyasının rəhbərliyi İsveç rəsmiləri ilə görüşlər keçirəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi İsveç rəsmiləri ilə görüşlər keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.

İsveçin hakim Moderat Partiyasının dəvəti ilə AMİP rəhbəriliyi - sədr Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvu Sadiq Həmzəyev bu ölkəyə beş günlük rəsmi səfər edib.

Sentyabrın 5-dən 9-dək davam edəcək rəsmi səfərdə AMİPrəhbərliyi Stokholmda Moderat Partiyasının baş katibi, xarici işlər nazirinin müavini, parlamentin sədr müavini, parlamentin Beynəlxaq əlaqələr komitəsinin rəhbəri, ATƏT-in Parlament Assambleyasının sabiq sədri və Daglıq Qarabağ üzrə məruzəçi olmuş Qoran Lenmarkerlə və digər rəsmilərlə görüşlər keçirəcəklər.

Azərbaycan Milli İstiqlal Partiyası 1992-ci ildə təsis edilib. İdeologiyasının əsasında millətçilik, vətənpətvərlik durur. Partiyanın siyasi sistemdə mövqeyi, əsasən, mərkəzə doğrudur. AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə əməkdaşlıq edir. Partiyanın hazırkı sədri Yusif Bağırzadədir.

Xəbər lenti

Xəbər lenti