...

Polşa Avropa İttifaqını "Şərq tərəfdaşlığı" ölkələri üçün sərhədləri bağlamamağa çağırır

Siyasət Materials 6 Sentyabr 2011 12:32 (UTC +04:00)
Avropa İttifaqı demokratik dəyərlərin ardınca getmək və Avropaya yaxın olmaq istəyən qonşu ölkələr üçün sərhədləri bağlamamalıdır.
Polşa Avropa İttifaqını "Şərq tərəfdaşlığı" ölkələri üçün sərhədləri bağlamamağa çağırır

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Avropa İttifaqı demokratik dəyərlərin ardınca getmək və Avropaya yaxın olmaq istəyən qonşu ölkələr üçün sərhədləri bağlamamalıdır. Ona görə də "Şərq tərəfdaşlığı" layihəsinin vacib elementi Aİ ölkələri ilə bu təşəbbüsə daxil olan ölkələrin (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus) vətəndaşlarının əlaqələrinin sadələşdirilməsidir. Bu barədə Polşa Seyminin marşalı Qjeqoj Sxetina setyabrın 5-də Varşavada keçirilən Aİ və "Şərq tərəfdaşlığı" iştirakçısı olan ölkələrin parlamentlərinin Xarici işlər komitələrinin rəhbərlərinin konfransında bildirib.

Onun sözlərinə görə, Aİ-yə qonşu olan ölkələrdə demokratikləşmə prosesi nə qədər aktiv olarsa, sərhədlər bir o qədər təhlükəsiz olar. Trend-in məlumatına görə, UKRİNFORM-un xüsusi müxbiri məlumat verir.

Siyasətçi qeyd edib ki, arxasında insan haqlarına hörmət edən və hakimiyyətin həyata keçirilməsi formalarına dair diqloq üçün açıq olan tərəfdaşlar varsa, Avropa sərhədlərini bağlamamalıdır.

Sxetina bildirib ki, "Şərq tərəfdaşlığı" qonşu ölkələrə transformasiyanı və Aİ ilə tətəfdaş ölkələr arsında əlaqələrin sadələşdirilməsini davam etdirəcək. Bu kontekstdə layihənin gələcəyinə sentyabrın 29-30-da Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində qəbul edilən qərar təsir edəcək.

"Tərəfdaş ölkələrin gələcəkdə Aİ-yə yaxınlaşmasına dair siyasi siqnalın verilməsi çox vacibdir. Şərq qonşularının Avropa ambisiyalarının qeyd edilməsi onlar üçün islahatların intensivləşdirməsi üçün güclü təkan olardı. Vizasız rejimin Aİ-nin müəyyən şərtlərini yerinə yetirən bütün tərəfdaşlar üçün real olacağı aydın siqnal olacaq", - Polşa Seyminin marşalı qeyd edib.

Bazar ertəsi Varşavada başlayan Aİ-nin 27 ölkəsi və "Şərq tərədaşlığı" ölkələrinin parlamentarilərinin iki günlük konfransında Aİ-nin şərq qonşularına münasibətinə dair müzakirələr davam edib.

Çərşənbə axşamı iştirakçılar diqqəti Şimali Afrika ölkələrindəki vəziyyətə yönəldiblər.

Aİ-nin "Şərq tərədaşlığı" proqramı Polşa və İsveçin təşəbbüsüdür.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti