...

Türkiyə-Misir əməkdaşlığı üçüncü ölkəyə qarşı yönəlməyib

Siyasət Materials 10 Sentyabr 2011 12:40 (UTC +04:00)
Türkiyə ilə Misir arasında əməkdaşlığın möhkəmləndirilməsi hər hansı bir ölkəyə qarşı yönəlməyib.
Türkiyə-Misir əməkdaşlığı üçüncü ölkəyə qarşı yönəlməyib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Türkiyə ilə Misir arasında əməkdaşlığın möhkəmləndirilməsi hər hansı bir ölkəyə qarşı yönəlməyib. Bu, özündə iki ölkə arasında əməkdaşlığın uğurlu modelini birləşdirir. Trend-in məlumatına görə, bunu Misirin Türkiyədəki səfiri Əbdürrəhman Səlahəddin deyib. Məlumatı "Zaman" qəzeti yazır.

"Türkiyə ilə Misir arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkənin maraqlarına xidmət edir. Bu münasibətlərdə başqa bir şey axtarmağa lüzum yoxdur", - səfir deyib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 12-15-də Misir, Tunis və Liviyaya səfər edəcək. Məlumatı bir müddət əvvəl "Anadolu" agentliyi yayıb. Səfər zamanı Ərdoğanı bir neçə nazir müşayiət edəcək.

Ərdoğan sentyabrın 12-13-də Misirdə Silahlı Qüvvələr Şurasının rəhbəri Məhəmməd Tantavi və Baş nazir İsam Şəriflə danışıqlar aparacaq. Həmçinin, Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə görüş planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti