...

Azərbaycan-Belçika siyasi məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır

Siyasət Materials 13 Sentyabr 2011 17:30 (UTC +04:00)
İlin sonunadək Azərbaycan-Belçika siyasi məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır.
Azərbaycan-Belçika siyasi məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/

İlin sonunadək Azərbaycan-Belçika siyasi məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır.

İkitərəfli münasibətlərin gələcəkdə fəallaşdırılması, eləcə də əməkdaşlığın yeni sahələrinin müəyyən edilməsi məqsədilə Azərbaycan və Belçikanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrinin keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

2007-ci ildən Bakıda Belçika səfirliyi (Cənubi Qafqazda bu ölkənin yeganə diplomatik nümayəndəliyi) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti