...

Avronest PA-nın ermənipərəst vitse-prezidenti Azərbaycan nümayəndələrini hədələyib

Siyasət Materials 16 Sentyabr 2011 16:35 (UTC +04:00)
Avronest PA-nın vitse-prezidenti Azərbaycan nümayəndələrini hədələyib.
Avronest PA-nın ermənipərəst vitse-prezidenti Azərbaycan nümayəndələrini hədələyib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Hacıyev/

Avronest PA-nın vitse-prezidenti Azərbaycan nümayəndələrini hədələyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, plenar iclas zamanı siyasi məsələlər üzrə komitənin iclasında qəbul olunmuş yekun sənədə düzəliş təklifləri müzakirə olunub və Ermənistan nümayəndə heyəti "xalqların öz müqəddəratını təyin etmək hüququ"nun həmin sənəddə yer almasını tələb edib.

"Biz bu təklifin qəbuledilməz olduğunu dedik. Bizim mövqeyimizi qəti şəkildə bildirməyimiz hər iki nümayəndə heyətinin, Avronest rəhbərliyinin və Avronest-in ermənipərəst üzvlərinin sessiyanın keçirildiyi zalın qabağına toplaşmasına səbəb oldu", - o qeyd edib.
Süleymanov bildirib ki, bu mərhələdən sonra Ermənistan nümayəndə heyəti aqressivləşib və Avronest-i boykot etməklə, veto hüququndan istifadə etməklə hədələyib.

"Avronest PA-nın həmsədri olan ukraynalı deputat Boris Tarasyuk bu vəziyyətdə kompromis bir müddəanın yekun sənədə salınması təklifi ilə bizə müraciət etdi. Azərbaycan Respublikasının apardığı siyasətə uyğun olaraq ölkəmizin maraqları çərçivəsində hər cür kompromisə gedə biləcəyimizi bildirdik. Və əlavə etdik ki, kompromis olaraq, Ermənistan nümayəndə heyətinin xahiş etdiyi etdiyi bir məsələni - münaqişələrin həllində hərbi gücdən istifadə edilməməsi təklifini qəbul edə bilərik. Lakin Ermənistan nümayəndə həyətinin sədri qətiyyətlə "xalqların öz müqəddəratını təyin etmək hüququ"nun sənəddə yer almasını tələb etdi" - o deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu təklifin qəbuledilməz olduğunu deyib. Avronest rəhbərliyinin də təkidləri və kompromis axtarma cəhdləri ilə sənədə ermənilər tərəfindən yeni bir müddəa təklif olundu - "xalqların öz iradələrini sərbəst və demokratik yolla ifadə etmək hüququ".

"Biz belə bir müddəa ilə razılaşmadıqda Avronest PA-nın vitse-prezidenti, ermənipərəst mövqəyi ilə fərqlənən Saryus Volski bu müddəani qəbul etməyəcəyimiz təqdirdə Avronest PA-nin plenar iclasının Bakıda keçirilməyəcəyini bildirdi", - Süleymanov bildirib.

Millət vəkili deyib ki, olduqca çəkişməli və gərgin keçən debatlarda Azərbaycan nümayəndə heyətinin üzvlərinin hər biri, xüsusən də Fuad Muradov, Əli Hüseynli və Asim Mollazadə olduqca fəal iştirak ediblər və onlar verilən hər bir təklifi diqqətlə təhlil edərək öz mövqelərini bildirirdilər.

Xəbər lenti

Xəbər lenti