Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
Avropa Komissiyası readmissiya və Azərbaycanla viza rejiminin sadələşdirilməsi haqqında danışıqlara başlamaq üçün mandat hazırlayıb və bu sənəd onu təsdiqləməli olan Aİ Şurasına təqdim edilib. Bunu çərşənbə günü Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
"Bunun kifayət qədər operativ ediləcəyi ehtimal olunur", - Məmmədquliyev deyib.
Onun sözlərinə görə, assosiativ saziş haqqında danışıqlar ayrıca keçiriləcək, indi ona hazırlıq gedir.
"Hazırda assosiativ saziş barədə danışıqların videokonfransları bərpa edilir, oktyabrın 6-da isə Bakıda danışıqlar qrupunun plenar iclasının keçiriləcəyi güman edilir", - Məmmədquliyev deyib.
Nazir müavininin sözlərinə görə, bu gün hələ razılaşdırılmayan bəzi məsələlər var ki, onlar kifayət qədərdir.
"Lakin elə məsələlər də var ki, onlarda irəliləyiş var. Məsələn, iqtisadi və digər sektor üzrə məsələlər barədə sözügedən sənədin üçüncü bölməsi üzrə razılaşma mövcuddur", - Məmmədquliyev deyib.
Assosiativ sazişə dörd istiqamət - siyasi dialoq, o cümlədən təhlükəsizlik, ədliyyə və insan hüquqlarının qorunması, iqtisadi, sosial-humanitar və ticarət məsələləri daxildir.
Sonuncu istiqamət gələcəkdə Azərbaycan məhsullarının Aİ-yə ixracı üçün imkan yaradacaq. Azərbaycan artıq Avropa İttifaqı ölkələrinə altı min növdən çox məhsulun rüsumsuz ixracı üzrə güzəştlərdən istifadə edir, lakin təəssüf ki, bu məsələdə malların keyfiyyəti əsas problem olaraq qalır.
Cənubi Qafqaz ölkələrində münaqişələrin həlli və bu ölkələr üçün daxili islahatların aparılmasına təsirli stimul olan və Aİ-yə gələcək assosiativ üzvlüyün perspektivləri barədə qərar 2009-cu il sentyabrın 30-da Brüsseldə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq haqqında Aİ Şurasının illik sessiyası zamanı qəbul edilib.