...

İranda hərbi parad keçirilir

Siyasət Materials 22 Sentyabr 2011 10:38 (UTC +04:00)
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir. Bu barədə Trend İranın İRİNN televiziyasına istinadən məlumat verir.
İranda hərbi parad keçirilir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bu gün hərbi parad keçirilir. Bu barədə Trend İranın İRİNN televiziyasına istinadən məlumat verir.

Məlumata əsasən, hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edirlər. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub.

Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunacaq.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.

Xəbər lenti

Xəbər lenti