...

Elmar Məmmədyarovun Nyu Yorkda keçirdiyi ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Siyasət Materials 23 Sentyabr 2011 12:42 (UTC +04:00)
Nyu Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarovun Nyu Yorkda keçirdiyi ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir T.Hacıyev/

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib.

Trend-in cümə günü XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Eroğlu, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort və Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və enerji sahələri, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov, eyni zamanda, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edib.

Xəbər lenti

Xəbər lenti