...

Fransanın nəqliyyat naziri: Azərbaycan dövlətində tolerantlıq var

Siyasət Materials 23 Sentyabr 2011 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dövlətində tolerantlıq var. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı Fransanın nəqliyyat naziri Tyeri Marriani deyib. "Bunu yalnız kağız üzərində deyil, real həyatda da görürəm", - nazir bildirib.

Onun sözlərinə görə, qədim tarixə və mədəniyyətə malik olan Azərbaycan dövləti həm də neft ölkəsidir.

"Azərbaycanın böyük var-dövləti var. Bu ölkənin Şəqrlə Qərbin qovşağında yerləşməsi də üstünlükdür. Bu, bütün region dövlətləri üçün vacibdir. Fransa da bu regiona öz diqqətini göstərir", - nəqliyyat naziri qeyd edib.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı probleminin olduğunu da xatırladan Marriani bu münaqişənin sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, 20 ildən sonra regionda sülhə nail olacağıq. Tarix göstərir ki, əsrlərlə bir-birləri ilə müharibə aparan xalqlar bir gün barışıq əldə edirlər", - fransalı nazir deyib

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti