...

Medvedev Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib

Siyasət Materials 24 Sentyabr 2011 14:53 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev hazırkı Baş nazir Vladimir Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib və bəyan edib ki, özü hökumətdə işləməyə gedəcək.
Medvedev Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev hazırkı Baş nazir Vladimir Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib və bəyan edib ki, özü hökumətdə işləməyə gedəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

"Partiyanın siyahısına rəhbərlik etmək, partiya işi ilə, seçkilərdə uğurlu çıxış zamanı hökumətdəki praktiki işlə məşğul olmaq hazırlığımı nəzərə alaraq hesab edirəm ki, qurultayın partiya sədri Vladimir Putinin ölkə prezidentliyinə namizədliyini dəstəkləməsi doğru olardı", - Medvedev "Vahid Rusiya"nın qurultayında çıxış edərkən deyib.

Xəbər lenti

Xəbər lenti