...

Azərbaycanın fövqəladə hallar naziri Belçika səfiri ilə görüşüb

Siyasət Materials 28 Sentyabr 2011 18:35 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Truyensi qəbul edib.
Azərbaycanın fövqəladə hallar naziri Belçika səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Truyensi qəbul edib.

Trend-in çərşənbə günü nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.

Səfir də öz növbəsində hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti