...

İnterpol Saadi Qəddafinin həbsinə order verib

Siyasət Materials 29 Sentyabr 2011 14:23 (UTC +04:00)
Bu gün İnterpol Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Saad Qəddafinin həbsinə order verib. Trend-in məlumatına görə, xəbəri "Əl-Ərəbiyyə" telekanalı yayıb.
İnterpol Saadi Qəddafinin həbsinə order verib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün İnterpol Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Saadi Qəddafinin həbsinə order verib. Trend-in məlumatına görə, xəbəri "Əl-Ərəbiyyə" telekanalı yayıb.

2011-ci il fevralın ortalarında Liviyada ölkəni 40 ildən artıq bir müddətdə idarə edən Qəddafinin istefası tələbilə kütləvi mitinqlər başlayıb. Sonradan etiraz aksiyaları hökumət qüvvələri ilə müxalifət arasında silahlı toqquşmalara çevrilib.

Təxminən 6 ay davam edən döyüşlər ərzində Qəddafi rejiminin müxalifləri az qala bütün ölkədə nəzarəti ələ keçirib. Avqustun axırında müxalifət qüvvələri NATO aviasiyasının köməyi ilə ölkənin paytaxtı Tripolinin tutub. Qəddafi ailəsinin bir hissəsi, yoldaşı Safiyə, qızı Aişə və iki oğlu Məhəmməd və Hannibal Qəddafi Əlcəzairə qaçıb.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını təsis edib. Şura özünü ölkədə yeganə qanuni orqan elan edib. Hazırda şuranı təxminən 60 ölkə, o cümlədən Rusiya tanıyıb.

Xəbər lenti

Xəbər lenti