Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/
TÜRKPA Qırğızıstanda keçiriləcək prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləyəcək. Bu barədə cümə axşamı Trend-ə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov bildirib.
Oktyabrın 30-da Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Sentyabrın 25-də seçki kampaniyalarına start verilib. Seçki kampaniyalarda 20 namizəd iştirak edəcək. Namizədlər arasında parlamentdə yer alan 5 partiyanın üzvləri və 12 müstəqil namizəd var. Hazırkı Baş nazir Almazbek Atambayev namizədlərdən biridir.
Qırğızıstanda keçiriləcək prezident seçkilərini TÜRKPA beynəlxalq müşahidəçi qismində izləyəcək
TÜRKPA Qırğızıstanda keçiriləcək prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləyəcək.
