Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/
Mərkəzi Seçki Komissiyasında İşçi Qrupu yaradılıb.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının cümə axşamı keçirilən iclasında imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılıb.
Qrupun üzvləri Ədliyyə, Daxili İşlər, Vergilər nazirləklərindən, Hesablama Palatasından və Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin ekspertlərindən, həmçinin MSK üzvlərindən ibarət olacaq.