...

Hakimiyyətə qarşı nümayişlər İslam qanunlarına ziddir - ərəb ilahiyyatçı

Siyasət Materials 6 Oktyabr 2011 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Hakimiyyətə və hökümətə qarşı istənilən nümayiş və etiraz İslamın və sunnənin qanunlarına ziddir və ölkədə qarışıqlığın yaradılmasına səbəb olur. Trend-in məlumatına görə, bunu cümə axşamı Səudiyyə Ərəbistanının müftilər komitəsinin daimi üzvü Saleh bin Fəvzan əl-Fəvzanın deyib. Məlumatı "Sabeel" qəzeti yayıb.

Əl-Fəvzanın sözlərinə görə, hakimiyyətə qarşı hər hansı bir narazılıq barədə dövlət orqanlarına bildirilə bilər. Bu etiraz aksiyası formasında deyil, danışıqlar və dialoqlar yolu ilə olmalıdır.

İlin əvvəlindən Tunis, Misir, Bəhreyn, Yəmən, Liviya və Suriyanı fəaliyyətdə olan hakimiyyət rejiminə qarşı etiraz aksiyaları və kütləvi iğtişaşları - xalqın narazılıq dalğaları bürüyüb.

Xalq qiyamı artıq Misirdə, Tunisdə və Liviyada rejimin devrilməsi ilə nəticələnib. Hazırda hakimiyyət qüvvələri və silahlı qiyamçılarla mübarizə Suriyada davam edir.

Xəbər lenti

Xəbər lenti