Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir N.İsmayılova/
Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində oktyabrın 7-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında FİA Qrupunun Azərbaycanda fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.
Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və Fransa tərəfdən İnkişaf Agentliyinin direktoru Jak Muanvil imzaladılar.