...

Valeriy Çeçelaşvili: Növbəti 10 ildə Azərbaycan 40 milyard kubmetr qazı Avropaya nəql edə bilər

Siyasət Materials 10 Oktyabr 2011 12:20 (UTC +04:00)
Növbəti 10 ildə Azərbaycan 40 milyard kubmetr qazı Avropaya nəql edə bilər.
Valeriy Çeçelaşvili: Növbəti 10 ildə Azərbaycan 40 milyard kubmetr qazı Avropaya nəql edə bilər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Növbəti 10 ildə Azərbaycan 40 milyard kubmetr qazı Avropaya nəql edə bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransında GUAM-ın baş katibi Valeriy Çeçelaşvili bildirib.

Azərbaycanda yeni qaz yataqlarının aşkar edildiyini qeyd edən Çeçelaşvili bunun yeni mənzərə açdığını deyib.

"Növbəti 10 ilə Azərbaycanda 54 milyard kubmetr qazın istehsalı nəzərdə tutulur, ölkənin öz daxili tələbatı isə 10-15 milyard kubmetr təşkil edir. Demək ki, növbəti 10 ildə Azərbaycan 40 milyard kubmetr qazı Avropaya nəql edə bilər", - baş katib deyib.

Çeçelaşvili enerjidaşıyıcıların diversifikasiyasının Avropa İttifaqının marağında olduğunu qeyd edib.

"Avropaya alternativ mənbələrdən ildə 60-70 milyard kubmetr qaz çatdırılmalıdır, bu da münkündür", - o deyib.

Çeçelaşvili bildirib ki, enerji məsələləri GUAM-ın fəaliyyətində əsas diqqət yetirilən məsələdir.

Xəbər lenti

Xəbər lenti