...

Bakıda Beynəlxalq Humanitar Forum keçirilir (FOTO)

Siyasət Materials 10 Oktyabr 2011 16:07 (UTC +04:00)
Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.
Bakıda Beynəlxalq Humanitar Forum keçirilir (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 11:02-də yayılıb)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak ediblər.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Prezident Dmitri Medvedevin təbrik məktubunu oxuyub.

Forumun işində Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, YUNESKO baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanes Karklins, İSESKO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tüveyrci, Rumıniya, Slovakiya və Bolqarıstanın eks-prezidentləri, Nobel mükafatı laureatları, bir sıra ölkələrin ziyalıları və ictimaiyyət rəhbərləri iştirak edib.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri deyirlər ki, Forum son dərəcə maraqlı və məzmunlu olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaqdır. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti