Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya 7 il cəza verilib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kiyevin Peçora rayon məhkəməsinin hökmü ilə sabiq baş nazir 7 il müddətinə azadlıqdan məhrum edilib.
Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qaz razılaşmaları imzalayarkən səlahiyyət həddini aşmaqda və Ukraynanın dövlət neft-qaz şirkəti "Naftoqaz"a zərər vurmaqda günahkar bilinib.
Məhkəmə hökmü elan olunarkən Timoşenkonun tərəfdarları Kiyevin mərkəzində etiraz aksiyası keçiriblər.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya 7 il cəza verilib
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Kiyevin Peçora rayon məhkəməsinin hökmü ilə sabiq baş nazir 7 il müddətinə azadlıqdan məhrum edilib.
