...

Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşüb

Siyasət Materials 11 Oktyabr 2011 18:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
Azərbaycanın xarici işlər naziri GUAM-ın baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı GUAM ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, humanitar, turizm və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin GUAM-ın beynəlxalq təşkilatlarla münasibətləri müzakirə edilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti