Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lük Truyens ilə görüşüb. Bu barədə çərşənbə axşamı Trend-ə YAP-dan məlumat verilib.
Əhmədov görüşdə Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai-siyasi həyatındakı mövqeyi barədə səfirə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.