...

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları bəyannamə qəbul ediblər

Siyasət Materials 11 Oktyabr 2011 19:59 (UTC +04:00)
Oktyabrın 10-11-də Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları yekun bəyannamə qəbul ediblər.
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları bəyannamə qəbul ediblər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Oktyabrın 10-11-də Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları yekun bəyannamə qəbul ediblər.

Trend-in məlumatına görə, bəyannamədə Bakı Forumuna toplaşan siyasi, elm xadimləri, ziyalılar BMT, YUNESKO və digər beynəlxalq təşkilatları bu strukturlara üzv olan dövlətlərlə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırıblar. Bəyannamədə, həmçinin belə forumların keçiriləcəyinə əminlik bildirilib və Bakı Beynəlxalq Humanitar Forumunun təşkilatçılarına, Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq ifadə olunub.

Forumun yekunları üzrə qəbul edilmiş bəyannamədə habelə müxtəlif ölkələrin dövlət siyasətində multikapitalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə çağırışlar səslənir. Sənəddə azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin əhəmiyyəti etiraf olunur.

Bakı Forumunda qəbul edilən bəyannamədə o da qeyd olunur ki, qloballaşma yalnız bütün bəşəriyyətin gələcəyinin dünyanı nə dərəcədə vəhdət halında dərk etməsi zamanı ədalətli xarakter ala bilər.

Xəbər lenti

Xəbər lenti