Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir S.Ağayeva/
Gələn həftə (19-20 oktyabr) İspaniya hökumətinin nümayəndəsi - xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev məlumat verib.
Səfər zamanı respublikanın əsas iqtisadi strukturları ilə ikitərəfli iqtisadi münasibətlərin vəziyyəti və perspektivlərini müzakirə etmək planlaşdırılır.
Diplomat qeyd edib ki, yaxın aylarda Azərbaycanın yüksəkvəzifəli şəxslərinin İspaniyaya səfərləri və müvafiq ikitərəfli sazişlərin imzalanması gözlənilir.