...

Ekvador Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 13 Oktyabr 2011 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Patinyo Aroka Azərbaycana səfər edəcək.

Oktyabrın 18-də nazirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələrək hakimiyyətin yüksəkvəzifəli nümayəndələri ilə görüşlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ekvadorun Rusiyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, ekvadorlu nazir səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşərək, dünya siyasəti və Ekvador-Azərbaycan münasibətləri məsələlərini müzakirə edəcək.

Daha sonra azərbaycanlı sahibkarlarla görüş olacaq. Oktyabrın 18-i axşam Aroka azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və ən yüksək səviyyədə diplomatik münasibətlərin qurulması məsələləri müzakirə olunacaq.

Səfirliyin məlumatında deyilir ki, görüşdə Ekvador üçün vacib olan iki ölkənin siyasi və iqtisadi əməkdaşlığı, Ekvador məhsullarının Mərkəzi Asiyaya tədarükü üçün Azərbaycanın tranzit ərazi kimi rolu, iqlim dəyişiklikləri, "Yasuni-İTT" təşəbbüsü, Ticarət Məcəlləsi, dünya maliyyə böhranı, yeni beynəlxalq maliyyə arxitekturası, çoxqütblülük, eləcə də regional birlik kimi mövzular da müzakirə olunacaq.

Danışıqların yekunu üzrə Ekvador Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əvəzçilik üzrə Ekvadorun Azərbaycandakı Səfirliyi təyin edilməsi, viza rejiminin qarşılıqlı ləğvi, ticari-iqtisadi birliyin yaradılması üçün Qarşılıqlı Anlaşma Memorandumu və Xarici İşlər nazirlikləri arsında Əməkdaşlıq haqqında Protokol (JETCO) kimi bir sıra sazişlər imzalanacaq.

Elə həmin gün axşam Aroka Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcək və Ekvadorun əsas iqtisadi göstəriciləri, Ekvadorda investisiyalar üçün motivlər, Ekvadorun ixrac təklifləri və ikitrəfli ticarət münasibətləri müzakirə olunacaq.

Bakıya səfər zamanı ekvadorlu nazir Baş nazir Artur Rasizadə ilə görüşərək onunla dünya siyasəti məsələlərini müzakirə edəcək.

Aroka ölkənin əsas texnoloji və sənaye mərkəzlərinə baş çəkəcək, eləcə də texniki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycanın hakimiyyət nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti