...

Liviyanın Sirt şəhəri Qəddafi qoşunlarından tam azad olunub – TV

Siyasət Materials 20 Oktyabr 2011 15:50 (UTC +04:00)
Liviya Milli Keçid Şurasının (MKŞ) qoşunları ölkənin keçmiş lideri Müəmmər Qəddafinin doğma şəhəri olan Sirtə tam nəzarəti ələ alıblar.
Liviyanın Sirt şəhəri Qəddafi qoşunlarından tam azad olunub – TV

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Liviya Milli Keçid Şurasının (MKŞ) qoşunları ölkənin keçmiş lideri Müəmmər Qəddafinin doğma şəhəri olan Sirtə nəzarəti ələ alıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "əl-Cəzirə" telekanalı xəbər verib.

Oktyabrın 17-də Liviya Milli Keçid Şurası Qəddafi rejiminə tərəfdar olan son şəhər Bəni-Valid üzərində nəzarəti ələ aldığını elan edib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Qəddafinin harada olduğu indiyədək məlum deyil. Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.

Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və Şura ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Azərbaycan da daxil olmaqla, təqribən 60 ölkə tanıyıb.

Xəbər lenti

Xəbər lenti