...

Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 25 Oktyabr 2011 20:23 (UTC +04:00)
Azərbaycan və Türkiyə energetika sahəsindən başqa, hərbi və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Türkiyə hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə energetika sahəsindən başqa, hərbi və turizm sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən yaydığı məlumata görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

"Azərbaycan və Türkiyə hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlığı müzakirə ediblər", - Ərdoöan deyib.

Onun sözlərinə görə, Türkiyədə NEZ-in tikilməsi Türkiyə iqtisadiyyatındakı çatışmazlıqları aradan qaldıracaq və hər iki ölkənin maraqlarına xidmət edəcək.

Oktyabrın 25-26-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti