...

Prezident İlham Əliyev: Azərbaycan “Cənub qaz dəhlizi” layihələrinin reallaşdırmasına öz töhfəsini verir (FOTO)

Siyasət Materials 25 Oktyabr 2011 22:27 (UTC +04:00)
Azərbaycan qaz kəmərlərinin tikintisi və yeni qaz yataqlarının açılması üzrə təşəbbüslərin həyata keçirilməsi ilə “Cənub qaz dəhlizi” layihələrinin reallaşdırmasına öz töhfəsini verir. Bunu çərşənbə axşamı İzmirdə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Bu barədə TRT Haber telekanalı xəbər verir.
Prezident İlham Əliyev: Azərbaycan “Cənub qaz dəhlizi” layihələrinin reallaşdırmasına öz töhfəsini verir (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan qaz kəmərlərinin tikintisi və yeni qaz yataqlarının açılması üzrə təşəbbüslərin həyata keçirilməsi ilə "Cənub qaz dəhlizi" layihələrinin reallaşdırmasına öz töhfəsini verir. Bunu çərşənbə axşamı İzmirdə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Bu barədə TRT Haber telekanalı xəbər verir.

Onun sözlərinə görə, Türkiyə ilə müvəffəqiyyətli əməkdaşlıq və Avropa Birliyi ilə imzalanmış razılaşmalar Azərbaycanı qazın etibarlı və potensial təchizatçısı kimi dünyaya təqdim edir.

"Ümid edirəm ki, bu gün Türkiyə ilə imzalanmış razılaşmaların reallaşdırılması daha çox Türkiyəyə və bu ölkə vasitəsilə Avropaya Azərbaycan qazının ixracının həcmlərini artırmağa imkan yaradacaq" - İlham Əliyev deyib.
"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. O, enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti