...

Əli Həsənov: Sevincli və kədərli günlərdə türkdilli medianın bir arada olması günün zəruri məsələsidir

Siyasət Materials 28 Oktyabr 2011 11:52 (UTC +04:00)
Sevincli və kədərli günlərdə türkdilli medianın bir arada olması günün zəruri məsələsidir.
Əli Həsənov: Sevincli və kədərli günlərdə türkdilli medianın bir arada olması günün zəruri məsələsidir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Sevincli və kədərli günlərdə türkdilli medianın bir arada olması günün zəruri məsələsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda cümə günü keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunda çıxışı zamanı deyib.

Həsənov hesab edir ki, türkdilli ölkələrin kütləvi informasiya vasitələrinin işi koordinasiya olunmalıdır.

"Türkdilli ölkələrin media qurumlarının birgə tədbirlər keçirməsi, ölkələrin sevincli və kədərli günlərində bütün türkdilli ölkələrin medialarının təmsilçiliyi artıq günün zəruri məsələsidir. Əks təqdirdə bizim haqlı məsələlərimizi dünyaya qeyri-haqlı formada çatdıracaqlar. Biz isə öz mesajlarımızı lazımi ünvana çatdıra bilməyəcəyik", - PA rəsmisi əlavə edib.

Həsənov təəssüflə bildirib ki, türkdilli ölkələrin mediası yalnız öz ölkələrinin informasiya təminatını reallaşdırmaqla məşğuldur. Lakin müasir dünyada transmilli televiziya korporasiyaları tək lokal deyil, digər regionları da öz əhatəsi altına alıb.

"Biz bu gün CNN, BBC, Euronews kimi korporasiyaların xəbərlərindən dünya barədə məlumat ala bilirik və alternativ fikir eşitmirik", - PA rəsmisi qeyd edib.

Prezident Administrasiyasının şöbə müdiri türkdilli ölkələrin medialarının ayrı-ayrılıqda fəaliyyət göstərdiyini deyib və əlavə edib ki, hər birimiz bir dövlətin KİV-i olmaqla bərabər bir dinin, bir soyun, bir mədəniyyətin daşıyıcısıyıq.

"Bizim hər birimizin müsəlman və türk təəssübkeşliyimiz olmalıdır", - Həsənov vurğulayıb.

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan, Kosovadan nümayəndələr qatılıblar.

Xəbər lenti

Xəbər lenti