...

İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Siyasət Materials 1 Noyabr 2011 12:39 (UTC +04:00)
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub (FOTO)

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunmuş, qapı-pəncərələr, oturacaqlar yenilənmiş, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub.

Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılmışdır. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti