...

Ukraynada azərbaycanlı gənclərin 2-ci forumunun vaxtı açıqlanıb (FOTO)

Siyasət Materials 1 Noyabr 2011 14:44 (UTC +04:00)
Dekabrın 1-2-də Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin II Forumu keçiriləcək.
Ukraynada azərbaycanlı gənclərin 2-ci forumunun vaxtı açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Dekabrın 1-2-də Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin II Forumu keçiriləcək.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Dünya Azərbaycanlılarının III Qurultayından sonra işlərində əsaslı dönüş yaradan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları mötəbər toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün qurumun 1 illik inkişaf proqramını təsdiq ediblər.

Fəaliyyət proqramına əsasən, Ukrayna Azərbaycanlı Gənclər Birliyi 1 il müddətində Ukraynanın vilayət və şəhərlərində yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid bir mərkəz ətrafında birləşdirməklə, xalqımızın qədim adət və ənənələrinin, zəngin tarixinin, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarını səfərbər etməklə silsilə tədbirlər keçirməyi planlaşdırıb.

Məlumata görə, bütün bunları həyata keçirmək üçün Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin iclasında bu il dekabrın 1-i və 2-si Kiyev şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 2-ci forumunun keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Ukrayna Evində keçiriləcək forumda Ukraynanın 26 vilayət və şəhərindən, eləcə də Azərbaycandan və bir sıra Avropa ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçiriləcək forumda Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklər, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına, o cümlədən dövlət və hökumət strukturlarına inteqrasiya olunması və digər həlli vacib olan məsələlər əsas müzakirə obyekti olacaq. Forumda iştirak etmək istəyən gənclər noyabrın 5-dən 20-nə qədər /uayu.org/ saytında UAGB-nin 2-ci forumu bölməsində ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti

Xəbər lenti