...

Tezliklə Azərbaycanda Argentinanın səfirliyi açılacaq

Siyasət Materials 2 Noyabr 2011 13:38 (UTC +04:00)
Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.
Tezliklə Azərbaycanda Argentinanın səfirliyi açılacaq

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Tezliklə Argentinanın Azərbaycanda səfirliyi açılacaq. Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Argentina Azərbaycanla əməkdaşlığa yeni başlayıb və bunun gücləndirilməsində maraqlıdır.

Baranao deyib ki, getdikcə Azərbaycan-Argentina münasibətləri güclənərək yeni mərhələyə qədəm qoyur.

"Biz Bakı ilə əməkdaşlığın gücləndirilməsində çox maraqlıyıq"- nazir əlavə edib.

Ötən il Azərbaycanın Argentinada səfirliyi açılıb.

Xəbər lenti

Xəbər lenti