Azərbaycan, Bakı, 7 noyabr / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Parlamentinin deputatı Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsinin Parisdə keçiriləcək iclasında iştirak edəcək.
Milli Məclisdən bazar ertəsi Trend-ə bildirilib ki, millət vəkili Sabir Hacıyev iclasda iştirak etmək üçün noyabrın 10-dan 17-dək Fransada səfərdə olacaq.
İclasda Avropada demokratiyanın və insan hüquqlarının təhqiqi, dini icmalara qarşı zorakılığın ləğvi, Əfqanıstanda narkotik maddələrin qanunsuz dövriyyəsinin aradan qaldırılması məsələləri və digər cari məsələlər müzakirə ediləcək.