...

Latviyada Ermənistana silah satan şirkət bağlanır

Siyasət Materials 9 Noyabr 2011 14:56 (UTC +04:00)
Latviyanın Müdafiə Nazirliyində hesab edirlər ki, Moldova ilə silah sövdələşməsi aldatma yolu ilə bağlanıb.
Latviyada Ermənistana silah satan şirkət bağlanır

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Latviyanın Müdafiə Nazirliyində hesab edirlər ki, Moldova ilə silah sövdələşməsi aldatma yolu ilə bağlanıb. Trend-in məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyinin dövlət katibi Yanis Sarts Riqanın TV3 telekanalına bildirib. Məlumatı "omg.md" yayıb.

"Bu işlə bağlı olan hər şey çox mürəkkəbdir. Bu gün biz həmin silah alqı-satqısı ilə bağlı daha yeni və çox maraqlı faktlar aşkar edirik. Ona görə də bu gün bu işin necə başa çatacağını söyləmək çətindir", - Sarts Latviyanın xüsusi xidmət orqanlarının apardığı bu işlə bağlı istintaqın nəticələrini də gözləməyi məsləhət görüb. "Tert.am" yazır.

Sartsın əlavə etdiyi kimi, bu gün çox böyük ehtimalla Latviyanın "Latspetsexports" firmasının hətta adi lisensiyasının da geri alınacağını söyləmək olar. Latviya Müdafiə Nazirliyinin dövlət katibi qeyd edib ki, bu tədbir həmin şirkətin Moldova Müdafiə Nazirliyini Latviya hakimiyyətinin "Latspetsexports" şirkətinin bu sazişlə bağlı icazəsi olduğuna inandıraraq Moldova tərəfini aldatdığı artıq məlumdur.

Bununla əlaqədar Yanis Sarts jurnalistlərə bildirib ki, bu şirkət barəsində bütün lazımi tədbirlər həmin sövdələşmənin hərtərəfli araşdırılması ilə məşğul olan Latviya Təhlükəsizlik Polisinin yekun qərarından sonra qəbul ediləcək.

Raket silahlarının satışı üzrə sövdələşmə Moldova rəhbərliyi tərəfindən Latviyanın "Latspetsexports" şirkəti vasitəsilə tam məxfilik şəraitində həyata keçirilib. Nəticədə raket silahlarının bir hissəsi (planlaşdırılan 60 tondan 40 tonu) Ermənistana satılıb. Bu sövdələşmə barədə yalnız ona görə məlum olub ki, bu il sentyabrın 12-də Benqazidən havaya qalxan İL-76 təyyarəsi Kişinyov aeroportunda yerə enib və bundan sonra göyərtəsinə 40 tonluq silah partiyasını yüklədiyi Merkuleştıya yollanıb. Göstərilən silah və hərbi sursatdan 20 tonu indiyədək Moldova ərazisində qalır.

Qalmaqallı sövdələşmənin əsas iştirakçıları Moldova Baş nazirinin müavini, iqtisadiyyat naziri Valeri Lazer, müdafiə naziri Vitali Marinutsa, Təhlükəsizlik və İnformasiya Xidmətinin direktor müavini Valentin Dedyu, eləcə də Merkuleştı beynəlxalq aeroportunun direktorudur.

Xəbər lenti

Xəbər lenti