Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir X.Murtuzayeva/
ABŞ-da İraq və Əfqanıstanda döyüş tapşırığını yerinə yetirərkən həlak olan amerikalı əsgərlərin cəsədlərinin qalıqları ilə bağlı qalmaqal baş qaldırıb. Trend-in Rusiyanın RBK saytına istinadən verdiyi məlumata görə, onların cəsədləri Delavar ştatındakı hərbi bazada yandırılıb, külləri isə yaxınlıqdakı zibilliyə atılıb.
Həlak olanların rəsmi dəfn mərasimləri keçirilsə də, onların cəsədlərinin qalıqlarların bir hissəsi bazada saxlanılırmış. Hərbiçilər həmin qalıqları yaxınlıqdakı zibilliyə atırmışlar. Belə bir praktika beş ilə yaxın müddətdə davam etsə də, məsələnin mahiyyəti yalnız indi ortaya çıxıb. HHQ bazasının rəhbərliyi artıq bu məsələyə cavabdeh olanların cəzalandırılacağını bəyan edib. Hərçənd, hələ bu işdə təqsiri olan heç kim ordudan qovulmayıb.
Bu arada Pentaqonun rəhbəri Leon Pennetta həmin məsələni araşdırmağa və vəziyyəti tam aydınlaşdırmağa çağırıb.