...

Türkiyə köhnə AES-lərin bağlanmasının tərəfdarıdır - energetika naziri

Siyasət Materials 17 Noyabr 2011 14:23 (UTC +04:00)
Türkiyə istismar müddəti başa çatan köhnə atom elektrik stansiyalarının (AES) bağlanmasının tərəfdarıdır.
Türkiyə köhnə AES-lərin bağlanmasının tərəfdarıdır - energetika naziri

Azərbaycan, Bakı, 17 noyabr /Trend müxbir A.Tağıyeva/

Türkiyə istismar müddəti başa çatan köhnə atom elektrik stansiyalarının (AES) bağlanmasının tərəfdarıdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

"Sayı 26-ya çatan bu AES-lər bütün dünya üçün təhlükə törədir", - nazir bildirib.

Yıldız əvvəllər deyib ki, Türkiyə Ermənistandakı "Metsamor" AES-in bağlanması tələbi ilə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edəcək.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb.
Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti