...

ABŞ səfirliyi Riçard Morninqstarın Bakıda mətbuat konfransında səsləndirdiyi fikirlərə aydınlıq gətirib

Siyasət Materials 17 Noyabr 2011 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatların Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarın noyabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında ifadə etdiyi bəyanatla bağlı mətbuatda əks olunan qeyri-dəqiq məlumata aydınlıq gətirib.

Səfirlikdən cümə axşamı Trend-ə daxil olan məlumatda qeyd olunur ki, səfir Morninqstar Azərbaycanın təbii qazını Avropaya nəql edəcək, kommersiya baxımından həyata keçirilə bilən və strateji baxımdan mühüm olan bir və ya bir neçə boru kəməri layihələrindən ibarət olan "Cənub dəhlizi"nə ABŞ-ın dəstəyini vurğulayır.

"Nabukko" çox arzu olunan siyasi və strateji alternativ olaraq qalır. Hər bir boru kəməri layihəsi kimi o da kommersiya baxımından həyata keçirilə bilən olmaldır. Nəhayətdə Gürcüstan və Türkiyə ərazisindən keçməklə nəql olunacaq böyük həcmdə qaz mövcud olacaq. Əgər "Şahdəniz" qazını Avropaya nəql etmək üçün nisbətən kiçik boru kəməri layihəsi seçilərsə, inanırıq ki, o, Avropada ehtiyacı olan ölkələri qazla təmin etməlidir, həmçinin konkret yazılı zəmanətlər olmalıdır ki, daha çox qaz hasil olunduqca bu boru kəməri genişləndiriləcək. Biz "Cənub dəhlizi" çərçivəsində bu şərtlərə cavab verən istənilən layihəni dəstəkləyəcəyik", - Morninqstar mətbuat konfransında belə deyib.

Xəbər lenti

Xəbər lenti