...

Bakı Apellyasiya Məhkəməsinin sədri daxil olan şikayətlərin həcmini açıqlayıb

Siyasət Materials 20 Noyabr 2011 12:59 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarına ildə 6 minə yaxın mülki işlər üzrə şikayət daxil olur.
Bakı Apellyasiya Məhkəməsinin sədri daxil olan şikayətlərin həcmini açıqlayıb

Azərbaycan, Bakı, 20 noyabr / Trend müxbir M.Əliyev/

Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarına ildə 6 minə yaxın mülki işlər üzrə şikayət daxil olur.

Trend-in məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev bildirib. "Kollegiyalara ildə altı minə yaxın mülki, iki minə yaxın cinayət, minə yaxın iqtisadi, iki yüzə yaxın isə inzibati işlər daxil olur", - İmanov deyib.

O Bakı Apelyasiya Məhkəməsində hərbi işlər üzrə daxil olan şikayətlərin digərlərindən az olduğunu bildirib.

İman Nağıyev Bakı Apellyasiya Məhkəməsində növbəti ildən əlavə ştatların yaradılması ehtimalının olunduğunu deyib: "Hazırda 80 nəfərlik iş yeri var. Lakin növbəti ildən əlavə ştatlar verilə bilər".

Xəbər lenti

Xəbər lenti