...

Müstəqilliyinin 20 ili ərzində Qazaxıstan çox inkişaf etmiş dövlətə çevrilib – Azərbaycanın XİN rəhbəri

Siyasət Materials 8 Dekabr 2011 12:28 (UTC +04:00)
Müstəqilliyinin 20 ili ərzində Qazaxıstan çox inkişaf etmiş dövlətə çevrilib – Azərbaycanın XİN rəhbəri
Müstəqilliyinin 20 ili ərzində Qazaxıstan çox inkişaf etmiş dövlətə çevrilib – Azərbaycanın XİN rəhbəri

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir S.Ağayeva/

Müstəqilliyinin 20 ili ərzində Qazaxıstan çox inkişaf etmiş dövlətə çevrilib. Trend-in məlumatına görə, bunu Brüsseldə İSAF (Əfqanıstanda təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələr) üzvü olan dövlətlərin XİN rəhbərlərinin iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında, xüsusilə dövlət başçıları səviyyəsində çox sıx əlaqələr yaranıb.
"Nursultan Abışoviç çox müdrik siyasətçidir və bu 20 il ərzində Qazaxıstan çox inkişaf etmiş dövlətə çevrilib", - Məmmədyarov bildirib.

Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, şəxsən o, bu illər ərzində Astananın belə inkişaf edəcəyini gözləmirdi.

"Hər dəfə gələrkən hiss edirsən ki, Astana daim dəyişir. Hər dəfə hansısa yeni element tapırsan. Bu, bizi çox sevindirir. Hesab edirəm ki, paytaxtın Almatıdan Astanaya köçürülməsi layihəsi öz-özlüyündə riskli olmasa da, çox qətiyyətli qərar idi. Və etiraf etmək lazımdır ki, o alınıb. Çünki indi bu gözəl şəhər Astanadır", - Məmmədyarov qeyd edib.

Qazaxıstanlıları respublikanın müstəqilliyinin 20 illiyi münasibətilə təbrik edən Azərbaycanın XİN rəhbəri ölkənin öz yüksələn inkişafını davam etdirəcəyinə əminliyini ifadə edib.

"Düşünürəm ki, Qazaxıstanda hər şey yaxşı olacaq. Siz 40, 80 və 200 illiyinizi də qeyd edəcəksiniz. Çünki sizdə hər şey düzgün qoyulub. Ən başlıcası, sizdə dövlət idarəçiliyi sistemi yaradılıb", - Məmmədyarov deyib.

Xəbər lenti

Xəbər lenti