...

Bakıda müasir dünyada modernləşmə siyasəti müzakirə olunacaq

Siyasət Materials 9 Dekabr 2011 11:44 (UTC +04:00)
Bakıda dekabrın 21-də müasir dünyada modernləşmə siyasəti, onun sosial-iqtisadi çağırışları ilə əlaqədar müzakirələr aparılacaq.
Bakıda müasir dünyada modernləşmə siyasəti müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 dekabr / Trend müxbir M.Əliyev/

Bakıda dekabrın 21-də müasir dünyada modernləşmə siyasəti, onun sosial-iqtisadi çağırışları ilə əlaqədar müzakirələr aparılacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" adlı beynəlxalq konfransda müzakirələrdə müxtəlif ölkələrdən olan nümayəndələr öz fikirlərini bölüşəcəklər.

Qurbanlı bildirib ki, tədbirdə xarici ölkələrdən yüksəksəviyyəli mütəxəssislər, parlamentarilər, Yeni Azərbaycan Partiyasının tərəfdaşlıq etdiyi siyasi partiya üzvləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti