...

Qazaxıstanın Janaozene şəhərindəki iğtişaşlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Siyasət Materials 17 Dekabr 2011 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/Trend müxbir S. Ağayeva/

Qazaxıstanın Janaozen şəhərində baş verən iğtişaşlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.

Səfir deyib ki, Qazaxıstandakı azərbaycanlıların böyük əksəriyyəti Aktauda yaşayır, Janaozendə isə azərbaycanlılar ümumiyyətlə yoxdur.

"İlkin məlumatlara görə, Qazaxıstanın neftçilər şəhəri Janaozendə baş verən iğtişaşlarda 10 nəfər ölüb, xəsarət alanlar var" , - Qazaxıstanın baş prokuroru Asxat Daulbayev cümə günü deyib.

"Bir gün əvvəl kütləvi iğtişaşların baş verdiyi Qazaxıstanın Janaozen şəhərində vəziyyət sabitləşib" , - şənbə günü şəhər sakini Trend-ə telefonla məlumat verib.

Onun sözlərinə görə, şəhərin mərkəzi meydanında hazırda heç kəs yoxdur.

Xəbər lenti

Xəbər lenti